BAKI, 17 sentyabr. TELEQRAF

Özbəkistan səfiri Dilşod Axatov Berlində Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin dövlət katibi Nils Annen ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə Özbəkistanda müxtəlif sahələrdə həyata keçirilən islahatlar yüksək qiymətləndirilib.

Ölkələr arasında sistemli maliyyə və texniki əməkdaşlıq və onun çərçivəsində həyata keçirilən iri sosial investisiya layihələri barədə danışılıb.

Söhbət zamanı qarşılıqlı faydalı əlaqələrin daha da intensivləşdirilməsi və genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Cari ilin oktyabrında Daşkənddə keçirilməsi planlaşdırılan maliyyə və texniki əməkdaşlıq üzrə Özbəkistan-Almaniya hökumətlərarası məsləhətləşmələrin əhəmiyyəti xüsusi vurğulanıb.