BAKI, 16 sentyabr. TELEQRAF
Dohada Türkmənistan xarici işlər naziri Rəşid Meredov Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Əmir Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova salamlarını çatdırıb. O, Qətərə verdiyi dəstəyə görə Türkmənistan rəhbərliyinə minnətdarlığını bildirib və ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini, beynəlxalq platformalarda, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.