BAKI, 3 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin, eləcə də Çin və Şimali Koreya liderləri Si Cinpin və Kim Çen In ABŞ-yə qarşı sui-qəsd hazırlamağı heç vaxt düşünməyiblər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidenti Donald Trampın Pekində keçirilən paradda Vaşinqtona qarşı sui-qəsd hazırlanması barədə bəyanatını şərh edərkən deyib.

“Heç kim ABŞ-yə qarşı sui-qəsd hazırlamır. Bunu heç kim ağlına belə gətirmir, bu üç liderdən heç biri bunu düşünmür”, - Uşakov bildirib.

Rusiya rəsmisi ABŞ Prezidentinin açıqlamasını “ironiya” adlandırıb.

Qeyd edək ki, bundan əvvəl sosial media üzərindən Si Cinpinə mesaj verən Tramp onun salamlarını Putin və Kim Çen Ina çatdırmağı da istəmişdi.

“Birləşmiş Ştatlara qarşı sui-qəsd hazırlayarkən, Vladimir Putin və Kim Çen Ina səmimi salamlarımı çatdırın”, - ABŞ lideri qeyd etmişdi.