BAKI, 15 avqust. TELEQRAF
Rusiya Baş naziri Mixail Mişustin Çolpon-Atada (Qırğızıstan) keçirilən Avrasiya İqtisadi Birliyi Hökumətlərarası Şurasının iclasını tədbir başa çatmamış tərk edib.
Teleqraf xəbər verir ki, iclasda iştirakın vaxtından əvvəl dayandırılması Alyaskada keçiriləcək Rusiya-ABŞ sammiti ilə bağlıdır.
“Bağışlayın, Moskvaya qayıtmalıyam. Bilirsiniz ki, bu gün Alyaskada prezidentlər Vladimir Putin və Donald Trampın iştirakı ilə Rusiya-Amerika sammiti olacaq. Mən Rusiyada olmalıyam”, - Mişustin görüş iştirakçılarına deyib.