BAKI, 29 may. TELEQRAF

“Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev arasında qardaşlıq münasibətləri var”.

Teleqraf TASS-a istinadla xəbər verir ki, bunu Özbəkistan prezidentinin köməkçisi və qızı Saida Mirziyoyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

“Nəinki bizim prezidentlər arasında etimada əsaslanan, qardaşlıq münasibətləri var, siz də Özbəkistanın böyük dostusunuz və göstərdiyiniz böyük dəstəyə görə sizə təşəkkür edirəm”, - ölkə rəsmisi bildirib.

Saida Mirziyoyeva ikitərəfli əlaqələrin qurulmasının və birgə tədbirlərin, o cümlədən mədəni tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

“Bizim ortaq tariximiz, xalqlarımız arasında birlik, çoxsaylı əlaqə nöqtəmiz var. Bütün bunları gözardı edə bilmərik, bunun üzərində qurub-yaratmaq lazımdır”, - deyən prezidentin köməkçisi gəncliyində rus məktəbini bitirdiyini, övladlarının da rus dilini bildiyini vurğulayıb.