BAKI, 21 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Sumı vilayətini ələ keçirməyə çağırılıb.

Teleqraf xəbər verir ki, çağırış bu gün Putinin Kursk vilayətinin şəhər və rayonlarının rəhbərləri ilə görüşü zamanı edilib.

Vilayətin Qluşkov rayonunun rəhbəri Pavlo Zolotaryov belə bir xahişlə Rusiya liderinə müraciət edərək, düşməni (Ukrayna Silahlı Qüvvələri) sərhəddən neçə kilometr geri çəkməyin lazım olmasından danışıb.

“Sumı bizim olmalıdır. Yarımada vəziyyətində yaşaya bilmərik, daha çox olmalıdır. Ən azı Sumı... Mən belə düşünürəm. Baş komandan kimi sizin rəhbərliyinizlə qalib gələcəyik”, - Zolotaryov deyib.

Vladimir ona cavab olaraq zarafat edib, Kurskun qubernatoru Aleksandr Xinşteynə xitab edib:

“Aleksandr Yevseyeviç bunun üçün seçilib, o daha çox istəyir”.