BAKI, 13 may. TELEQRAF
Pakistan Hindistanın təxribatçı hücumlarına qarşı müdafiə olunarkın ən azı 11 hərbçi şəhid olub, 78-i yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan KİV hərbi mənbələrə istinadla məlumat yayıb.
Həmçinin qeyd olunur ki, Hindistanın təcavüzü nəticəsində 7 qadın və 15 uşaq olmaqla 40 mülki şəxs həlak olub, 121 nəfər isə yaralanıb.
“Pakistanın suverenliyi və ya ərazi bütövlüyünə yenidən təcavüz cəhdi sərt və qətiyyətli cavabla qarşılanacaq”, - məlumatda deyilir.
Xatırladaq ki, mayın 7-810 tarixlərində Hindistan Pakistan ərazisinə hava zərbələri endirib. Pakistan Ordusu hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Pakistan buna cavab olaraq, mayın 10-da Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib. Əməliyyatlar zamanı Hindistan çoxlu sayda canlı qüvvə, qırıcı təyyarə, PUA, texnika itirib.