BAKI, 8 may. TELEQRAF
Hindistan İslamabadın Pakistan ərazisinə Dehlinin zərbələrinə cavab verəcəyi təqdirdə onun istənilən hücumuna cavab verəcək.
Teleqraf xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar deyib.
Nazir Hindistanın Pakistanla müharibə istəmədiyini iddia edib.
“Niyyətimiz eskalasiya deyil, amma bizə qarşı hər hansı hərbi hücumlar olarsa, buna çox sərt cavab verəcəyimizə şübhə olmamalıdır”, - Cayşankar bildirib.
Xatırladaq ki, dünən Hindistan Pakistan ərazisinə hava zərbələri endirib. Zərbələr nəticəsində Pakistanda 31 nəfər mülki şəxs həlak olub. Pakistan cavab olaraq, Hindistan ərazisində hərbi obyektləri hədəfə alıb. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə birqada qərargahı və digər hərbi hədəflə məhv edilib.