BAKI, 7 may. TELEQRAF

Pakistan baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ölkəsinin Hindistanın zərbələri qarşısında təmkinli davrandığını bildirib.

Teleqraf xəbər verir ki, o, hücumda təxminən 75-80 Hindistan qırıcısının iştirak etdiyini açıqlayıb.

“Hücumda təxminən 75-80 Hindistan qırıcısı iştirak edib, Pakistan bunlardan beşni vurub, iki PUA da məhv edilib”, - nazir bildirib.