Əməkdar artist Sahibə Əhmədova vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Sahibə Əhmədova bu gün 68 yaşında dünyasını dəyişib.

Əhmədova Sahibə Əliqulu qızı 1956-cı ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Opera səhnəsində ilk ifa etdiyi obraz M.Maqomayevin “Şah İsmayıl” operasından Ərəbzəngi obrazı olub. O bu obraza görə “Səhnəmizin Ərəbzəngisi” adını qazanıb.

Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə Əhmədovanın ifasında muğam dəstgahları və zərbi-muğamlar Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır.

2006-cı il o, “Əməkdar artist”i fəxri adına layiq görülüb.