"Bu gün ailəsi ilə danışdım, dedilər ki, Cavanşir müəllimin vəziyyəti yaxşıdır".

Bunu Teleqraf.com-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib.

Xatırladaq ki, sevimli bəstəkarımız fevralın 5-də İstanbulun Acı Badem xəstəxanasına yerləşdirilib. Bəstəkar dünən əməliyyat olunub.