Bir neçə gün əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrında baş vermiş hadisə ilə bağlı direktor İftixar Piriyev Mədəniyyət və Turizm Nazirliyinə çağırılıb.

Bu barədə Teleqraf.com-a teatrın əməkdaşı məlumat verib.

Direktorun hazırda nazirlikdə olduğu bildirilir.

Teatrın əməkdaşları nazirlikdəki görüşdən sonra hansı qərarın alınacağı barədə məlumat gözləyirlər.

Qeyd edək ki, sentyabrın 13-də İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoruna qarşı sosial şəbəkədə yazılanları bəyənib paylaşdığı üçün aktyor Elçin Hacılı ilə digər işçilər arasında dava düşüb. Elçin Hacılı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Teatrın digər əməkdaşı Əjdər Zeynalov da direktorun özbaşınalığından şikayətlənib.

Mədəniyyət və Turizm Nazirliyi teatrda araşdırma aparır.