BAKI, 20 avqust. TELEQRAF

“ABŞ İran İslam Respublikasına qarşı tarixin ən sərt sanksiyalarını tətbiq etməyi və onun koordinasiyalı iqtisadi təcridinə nail olmaq üçün tədbirlər görməyi planlaşdırır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

Bessentin sözlərinə görə, ölkələr İranla ticarəti davam etdirməkdə israr etsələr, ABŞ onlara qarşı da tədbir görəcək. Nazirin fikrincə, bu təzyiqlər İranın proksi qüvvələr vasitəsilə fəaliyyət göstərmək imkanlarını məhdudlaşdıracaq.

O əlavə edib ki, maksimum iqtisadi təzyiq hərbi qarşıdurmanın yenidən başlamaması deməkdir və neft bazarları bu təzyiqin mahiyyətini yanlış qiymətləndirir.

Bessent bildirib ki, ABŞ-nin planlaşdırdığı tədbirlər barədə daha sonra ətraflı məlumat verəcək: “Biz bu rejimi çökdürəcəyik”.