BAKI, 16 iyun. TELEQRAF

“İranla münaqişə arxa plana keçir, ABŞ indi Ukraynadakı müharibənin həllinə fokuslanacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu günədək İrana fokuslanmışdıq, indi o, arxa plana keçir”, - Amerika lideri Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına diqqət yetirib-yetirməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

Tramp Vaşinqtonun Ukraynada baş verənlərlə heç bir əlaqəsinin olmadığını iddia etsə də, münaqişənin həlli üçün mümkün olan hər şeyi edəcəyini vurğulayıb:

“Səkkiz müharibəni həll etmişəm. Düşünürdüm ki, bu, həll edilməsi ən asan müharibə olacaq. Bəli, əlimdən gələni edəcəm”.