BAKI, 16 iyun. TELEQRAF
ABŞ İranın nüvə materiallarını (zənginləşdirilmiş uran ehtiyatını) təhvil alacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
“Gedib İranın nüvə materiallarını müsadirə edəcəyik. Bu materiallar elə də böyük dəyərə malik deyil, amma düşünürəm ki, psixoloji baxımdan onları əldə etmək istəyirik”, - o qeyd edib.
Amerika lideri həmçinin bildirib ki, Vaşinqton Tehranla memorandum çərçivəsində İrana investisiya qoyuluşu ilə bağlı heç bir öhdəlik götürmür.
“İrana heç bir pul yatırmırıq. Dünən yayılan şayiələr gülüncdür. Əgər mən və ya başqası nəsə etmək istəsə, bir gün müdaxilə edib nəsə etmək hüququmuz var, amma biz heç bir pul yatırmırıq. İrana investisiya qoymaq öhdəliyimiz yoxdur”.