BAKI, 16 iyun. TELEQRAF
İran-ABŞ razılaşması Tehranın nüvə silahına sahib olmasını qadağan edir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika lideri cümə günü Cenevrədə İranla imzalanacaq müqaviləni “yaxşı və ədalətli” adlandırıb.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Onu nə hazırlayacaqlar, nə satın alacaqlar, nə də bununla bağlı hansısa fəaliyyət göstərəcəklər. Əgər belə bir addım atmağa cəhd etsələr, misli görünməmiş nəticələrlə üzləşəcəklər. Məhz buna görə mən bu sazişi imzalamağa razılıq vermişəm”, - Tramp vurğulayıb.
Prezident əlavə edib ki, ABŞ və İran sülh danışıqlarının ikinci mərhələsinə keçir: “İranla razılaşdıq. Bu, uğurlu olmalıdır. İkinci mərhələyə keçirik, düşünürəm ki, bu, daha asan olacaq”.