BAKI, 3 mart. TELEQRAF

“Prezident Donald Tramp ABŞ ilə İran arasındakı 47 illik müharibəyə son qoyur”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.

Diplomat “Fox News” telekanalına müsahibəsində Tehranla Vaşinqton arasındakı gərginliyi “47 illik müharibə” kimi xarakterizə edib:

“Bu qarşıdurma Cimmi Karterin prezidentliyi dövründən başlayıb və İranın ABŞ-yə qarşı davamlı düşmənçiliyindən qaynaqlanır”.

O vurğulayıb ki, Donald Trampın İrana münasibətdə atdığı hazırkı addımlar bu düşmənçilik dövrünə son qoymaq üçün cəsarətli təşəbbüsdür.

Mayk Uolts bu yanaşmanı uzunmüddətli münaqişədən “qəti qopma” kimi qiymətləndirib.