BAKI, 9 dekabr. TELEQRAF

“Əgər hər şey indiki kimi davam etsə, Avropa olmayacaq, fikrimcə, o ölkələrin bir çoxu artıq yaşamağa qadir dövlətlər olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Onların miqrasiya siyasəti fəlakətdir. Miqrasiya ilə bağlı etdikləri hər şey fəlakətdir. Bizdə də bir fəlakət yaxınlaşırdı, amma mən onun qarşısını ala bildim. Bilirsiniz, sərhədlərimizdən indi heç kim keçmir: sıfır. Kim inanardı sıfıra?”, - o bildirib.