BAKI, 21 mart. TELEQRAF

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına müasir silah sistemləri və müvafiq avadanlıqların satışını təsdiqlədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Departamentin yaydığı məlumatda qeyd olunub.

Səudiyyə Ərəbistanına satışına icazə verilən qabaqcıl silahların təxmini dəyərinin 100 milyon dollar olduğu bildirilib.

"Bu satışdan sonra Səudiyyə Ərəbistanı cari və gələcək təhdidlərlə mübarizə qabiliyyətini gücləndirəcək və digər idarə olunan raket sistemlərinə nisbətən daha az zərər riski ilə hədəfləri dəqiqliklə vurmaq qabiliyyətini təmin edəcək" - məlumatda deyilir.