BAKI, 2 sentyabr. TELEQRAF

Sentyabrın 2-də səhər saatlarında İrana məxsus dronun Küveytin paytaxtında yaşayış binasına dəyməsi nəticəsində yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Küveytin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Yanğın söndürülüb, hücum nəticəsində xəsarət alan olmayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bundan əvvəl bəyanat yayaraq, ABŞ-nin Küveytdəki hərbi bazasının raket və PUA-larla hədəfə alındığını açıqlamışdı.