BAKI, 20 iyul. TELEQRAF
İranın elit hərbi qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən "Əli əl-Salem" hərbi bazasındakı ABŞ-yə məxsus hədəflərə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatları (PUA) vasitəsilə bazadakı erkən xəbərdarlıq radar sistemi tamamilə məhv edilib və "MQ9" PUA-larının saxlanıldığı anqara zərbələr endirilib.
Hücum nəticəsində bazadakı bir neçə dronun yararsız hala düşdüyü qeyd olunur.