BAKI, 18 iyun. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilkin ABŞ-İran razılaşmasını alqışlayıb və hər iki tərəfi BMT-nin nüvə nəzarətçisi ilə bir araya gələrək dəqiq fəaliyyət planı hazırlamağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Reuters”ə açıqlamasında deyib.

“Memorandumun olması yaxşıdır. İndi texniki iş başlayır”, - AEBA rəhbəri bildirib.

Qrossi əlavə edib ki, AEBA-nın ABŞ və İranla birlikdə konkret addımları formalaşdırmağa başlamasının vaxtıdır.