BAKI, 11 iyun. TELEQRAF

Rusiya ABŞ və İran arasında baş verən qarşılıqlı hücumlardan sonra tərəfləri gərginliyi azaltmağa və sülh danışıqlarını bərpa etməyə dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov AFP agentliyinə açıqlamasında bildirib.

"Biz münaqişədə iştirak edən bütün tərəfləri təmkinli olmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Münaqişənin eskalasiyası həm regional sabitlik, həm də qlobal iqtisadiyyat üçün ciddi mənfi risklər daşıyır",- o qeyd edib.