BAKI, 10 iyun. TELEQRAF

ABŞ və İran arasındakı danışıqlarda vasitəçi qismində çıxış edən Qətər nümayəndə heyəti Tehrana gedib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, səfərin məqsədi İran və ABŞ-nin saziş bağlamasına mane olan fikir ayrılıqlarının həlli yollarını İran hakimiyyəti ilə müzakirə etməkdir.