BAKI, 10 iyun. TELEQRAF
Misir İranın İordaniya, Bəhreyn və Küveytə qarşı həyata keçirdiyi hücumları qınayıb və hər üç ölkə ilə tam həmrəy olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda rəsmi Qahirənin mövqeyi ifadə olunub:
"Bu hücumlar qardaş ölkələrin suverenliyinin və ərazi bütövlüyünün açıq-aşkar pozulmasıdır. Eyni zamanda bütün regionun təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdid yaradan son dərəcə təhlükəli eskalasiyadır".
Bildirilib ki, Misir dövlətlərin suverenliyinə xələl gətirməyə, onların təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid etməyə yönəlmiş istənilən addımı rədd edir.
Rəsmi Qahirə regionda sabitliyin qorunması üçün gərginliyin azaldılmasının və beynəlxalq hüquq normalarına ciddi riayət olunmasının vacibliyini vurğulayıb.