BAKI, 19 may. TELEQRAF
İranın Hörmüz boğazında yerləşən Qəşm adasında partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Sözügedən mənbə hadisənin səbəbi barədə məlumat verməsə də, “Tasnim”in yazdığına görə, partlayış səsləri müharibədən qalma partlamamış sursatların nəzarətli məhv edilməsi nəticəsində yaranıb.