BAKI, 14 aprel. TELEQRAF

“İrana uranın zənginləşdirilməsinə icazə verilməməlidir”.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.

“İran ərazisində uranın zənginləşdirilməsinə icazə verilməməlidir. Zənginləşdirilmiş uran ehtiyatı da ölkədən çıxarılmalıdır”, - o bildirib.

Gideon Saar əlavə edib ki, İsrail ABŞ Prezidenti Donald Trampın bu məqsədlərə nail olmaq səylərini yüksək qiymətləndirir.