BAKI, 25 mart. TELEQRAF

ABŞ-İran danışıqları Türkiyədə keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” məlumat yayıb.

İran rəsmisi agentliyə deyib ki, ABŞ-nin təklif etdiyi 15 bəndlik planı Pakistan vasitəsilə Tehrana çatdırıb.

“Reuters”in həmsöhbəti mümkün danışıqlara həm Pakistan, həm də Türkiyənin ev sahibliyi edə biləcəyini qeyd edib:

“Türkiyə müharibənin bitməsinə kömək edir, ona görə də ya Türkiyə, ya da Pakistan bu cür danışıqların keçiriləcəyi yer kimi nəzərdən keçirilir”.

“The New York Times” bundan öncə rəsmi mənbələrə istinadla ABŞ-nin Pakistan vasitəsilə İrana müharibəni bitirmək üçün 15 bəndlik plan təqdim etdiyi barədə məlumat yaymışdı.

Tehranın bu təklifləri danışıqların əsası kimi qəbul etməyə hazır olub-olmadığı və İsrailin ABŞ-nin ideyaları ilə tam razılaşıb-razılaşmadığı hələlik məlum deyil.