BAKI, 25 mart. TELEQRAF

İran ABŞ-nin atəşkəs razılaşması ilə bağlı 15 bəndlik planını alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” Pakistan rəsmilərinə istinadla məlumat yayıb.

“The New York Times” bundan öncə rəsmi mənbələrə istinadla ABŞ-nin Pakistan vasitəsilə İrana müharibəni bitirmək üçün 15 bəndlik plan təqdim etdiyi barədə məlumat yaymışdı.

Tehranın bu təklifləri danışıqların əsası kimi qəbul etməyə hazır olub-olmadığı və İsrailin ABŞ-nin ideyaları ilə tam razılaşıb-razılaşmadığı hələlik məlum deyil.