BAKI, 24 mart. TELEQRAF
“İrana qarşı hücumları bütün gücümüzlə davam etdirəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“Hizbullah” İsrailə hücum etməklə, İran rejiminin aləti kimi böyük səhvə yol verdi və bunun ağır bədəlini ödəyəcək”, - nazir əlavə edib.
Kats qeyd edib ki, yüz minlərlə insan Livanın cənubunu tərk edib, onlar bura yalnız İsrailin şimalında yaşayanların təhlükəsizliyi təmin edildikdən sonra qayıdaca biləcəklər.