BAKI, 18 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri İrana qarşı son hücum dalğası zamanı İslam Respublikasının ən böyük qaz emalı zavoduna hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, bu müəssisə İranın qaz istehsalının təxminən 40%-ni təşkil edir.

Məlumata görə, hücum ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilib və Vaşinqton bu addıma razılıq verib.

Zavodun yalnız bir hissəsinə zərbə endirilib və bu, Tehrana mesaj kimi nəzərdə tutulub. KİV qeyd edib ki, bu cür hücumlar gələcəkdə daha da güclənə bilər.