BAKI, 25 fevral. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi agentliyin İranın zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyəti barədə məlumata malik olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, RTVC-yə deyib.

“Bu, qeyri-müəyyənlik yaradır və qeyri-müəyyənlik dramatik qərarlara səbəb ola bilər”, - Qrossi qeyd edib.

O əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün zəruri elementlər masadadır və anlaşma əldə etmək mümkündür.

“ABŞ ilə İran arasında danışıqlar razılaşmaya gətirib çıxarmalıdır, əks halda güc tətbiqinə yol açıla bilər”.

Rafael Qrossi vurğulayıb ki, təcili məqsəd gərginliyin artmasının qarşısını almaq üçün danışıqları davam etdirməkdir.