BAKI, 11 fevral. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə və ballistik raket proqramlarının ləğvi, İran xalqının azadlığı və proksi qüvvələrə dəstəyin dayandırılması da daxil olmaqla, öz tələblərində israr etməli və səlahiyyət müddəti bitməmiş bu məsələyə son qoymalıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki keçmiş səfiri Niki Heyli deyib.

Diplomat hesab edir ki, İran heç vaxt ABŞ-nin tələbləri ilə razılaşmayacaq:

“Məhz buna görə də Tramp bu fürsətdən istifadə edərək, İranı beşikdə boğmalı və bunu öz siyasətində həlledici məqama çevirməlidir.

Tramp prezidentlik müddəti başa çatmamış İrandan qaynaqlanan təhlükəni aradan qaldırmalıdır. Əgər o, hakimiyyətdən gedəndən sonra Tehran yenidən uranı zənginləşdirməyə başlasa, öz xalqını sıxışdırsa və proksi qüvvələrə dəstəyi davam etdirsə, bu, dəhşətli olardı. O halda bütün bu səylər boşa çıxmış olacaq”.