BAKI, 14 yanvar. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun İranın sonuncu şahının oğlu Rza Pəhləvi ilə görüşü barədə məlumatın yayılması fonunda xarici işlər naziri Abbas Əraqçi ilə əlaqə dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Tehran rəsmisi agentliyə deyib ki, ABŞ Prezidenti Donald Trampın İranda genişmiqyaslı etirazlardan sonra mümkün müdaxilə ilə bağlı hədələrindən sonra Abbas Əraqçi ilə Stiven Uitkoff arasında birbaşa əlaqə dayandırılıb.

Mənbənin sözlərinə görə, ABŞ-nin hədələri diplomatik səyləri zəiflədib və onilliklərdir davam edən nüvə mübahisəsi ilə bağlı diplomatik həll yolları tapmaq məqsədilə bu iki rəsmi şəxs arasında planlaşdırılan mümkün görüşlər ləğv edilib.

“Axios” da ABŞ rəsmisinə istinadla yazıb ki, Stiven Uitkoff ötən həftəsonu İranda hakimiyyətə iddialı Rza Pəhləvi ilə gizli görüş keçirib.