BAKI, 9 dekabr. TELEQRAF

“İran parlamentinin bəzi əməkdaşlıqların təhlükəsizlik təhdidi şəraitində dayandırılmasına dair qanunu məcburidir”.

Teleqraf xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi deyib.

“Bu, milli təhlükəsizlik məsələsidir. Hazırda durum təhlükəsizliklə bağlıdır, (nüvə) obyektlərimiz təhdid altındadır. Təhlükəsizliyi nəzərə almadan hərəkət edə bilmərik. Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq etmək istəyirik, amma agentliyin siyasi yanaşması əməkdaşlıq şərtlərini çətinləşdirib.

Düşünmürəm ki, dünyada nüvə obyektləri hücuma məruz qalan bir ölkə həmin şəraitdə AEBA-ya dərhal çıxış imkanı verməyə hazır olsun”, - İran rəsmisi bildirib.