BAKI, 7 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqin bütün ölkələrini "İbrahim sazişləri"nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"İranın "yaratmaqda olduğu" nüvə silahlarının tamamilə məhv edildiyini nəzərə alaraq, mənim üçün çox vacibdir ki, bütün Yaxın Şərq ölkələri "İbrahim sazişləri"nə qoşulsun. Bu, Yaxın Şərqdə sülhü təmin edəcək. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm",- paylaşımda deyilir.