Hollivudun möhtəşəm cütlüyü olan Bred Pitt və Ancelina Coli İngiltərədə kirayə götürdükləri evə köçüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "US Magazine" məlumat yayıb. 8 yataq otağı olan evə cütlük ayda 21 min dollar (34 min 550 manat) kirayə pulu ödəyəcək.

Onlar 6 uşaqları ilə birlikdə yayın ortalarına qədər burada qalacağı deyilir. Bred Pittin "World War Z 2" filminin çəkilişi üçün Londonda qaldığı bildirilib.

Cütlüyün əsas evləri Los Ancelesdədir.

Qeyd edək ki, onların Nyu Orleanda, Los Ancelesdə və Fransada evləri var.

Rüstəm