BAKI, 7 mart. TELEQRAF
Samux rayonunda 46 yaşlı qadının bıçaqlanması ilə bağlı yeni detallar məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.
Məlumata görə, kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova ailə münaqişəsi zəminində oğlu, 2005-ci il təvəllüdlü Raul Ələkbərov tərəfindən bıçaqlanıb.
Yaralı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.
Hadisəni törətməkdə şübhəli bilinən Raul Ələkbərov saxlanılıb. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
08:15
Samux rayonunda qadın kəsici-deşici alətlə xəsarət alıb.
Teleqraf xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.
Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.