Cəlilabad rayonunda oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Zaur Soltanov tutulub.

Zaur Soltanov martın 5-də Cəlilabad rayon sakinləri Məhərrəm Səlimova və Elxan Şahmarlıya məxsus avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov