BAKI, 5 mart. TELEQRAF

Braziliyanın “Flamenqo” klubu Filipe Luisin istefasından sonra yeni baş məşqçisinin adını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu posta portuqaliyalı mütəxəssis Leonardo Jardım təyin olunub.

Tərəflər arasında 2027-ci ilin sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis daha əvvəl “Monako” (2014–2019) və “Sportinq”də (2013–2014) işləyib. Onun son iş yeri isə 2025-ci ildə çalışdırdığı “Kruzeyro” olub.