Sabirabad rayonunda silahlı insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Moranlı kəndinin otlaq sahəsində qeydə alınıb.

Kənd sakini, 12 yaşlı Taleh Sadıqov ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng götürülüb.

Hacı Zeynalov