Bakının Binəqədi rayonunda avtovağzalda oğurluq hadisəsi baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Murad Qubatov saxlanılıb.
Murad Qubatov noyabrın 2-də Beynəlxalq Avtovağzalda yerləşən Bakı şəhər sakini, Tural Mütəllimova məxsus mağazadan açıq qapıdan keçməklə 4 ədəd gödəkçə oğurlamaqda şübhəli bilinib.
Hacı Zeynalov