BAKI, 2 may. TELEQRAF

Braziliyanın şimal-şərqindəki Pernambuco əyalətində güclü yağışların genişmiqyaslı daşqın və torpaq sürüşmələrinə səbəb olması nəticəsində ən azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, güclü yağışlar dağlıq ərazilərdə torpaq sürüşmələrinə, yaşayış binalarının uçmasına və magistral yolların su altında qalmasına səbəb olub.

Xilasedicilər yüksək riskli ərazilərdən sakinləri təxliyə edirlər.