BAKI, 2 may. TELEQRAF
İran hərbi münaqişənin sona çatması şərtləri ilə bağlı ABŞ-yə a yeni təklif təqdim edərək tələblərini yumşaldıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, təklifdə ABŞ liman blokadasının dərhal dayandırılması tələbi istisna olunur.
Bundan əvvəl "Yahoo Finance" ABŞ-nin Hörmüz boğazının uzunmüddətli blokadasına hazırlaşdığını bildirmişdi. Vaşinqton ümid edirdi ki, bu, İranı nüvə proqramından imtina etməyə məcbur edəcək.