BAKI, 2 may. TELEQRAF
Peruda Rusiyada yalançı iş vədləri ilə vətəndaşları cəlb edən və nəticədə onları Rusiyanın Ukraynaya qarşı müharibəsinin ön cəbhəsinə göndərən insan alveri şəbəkəsi ilə bağlı istintaq başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Əlcəzirə məlumat yayıb.
Vəkil Persi Salinasın sözlərinə görə, Rusiya -Ukrayna müharibəsində indiyə qədər 13 perulu həlak olub.
Salinas bildirib ki, şəxslərə aylıq 2000, 3000 dollar arasında maaş təklif edilib və ötən oktyabr ayından bəri təxminən 600 perulu Rusiya üçün döyüşməyə cəlb edilib.
Peru Xarici İşlər Nazirliyi Rusiya səfirliyindən vəziyyəti aydınlaşdırmağı və Rusiya ordusunda xidmət edən vətəndaşların yeri və rifahı barədə məlumat almağı xahiş etdiyini bildirib. Nazirlik qeyd edib ki, Peru vətəndaşları xarici orduda xidmət etməzdən əvvəl Xarici İşlər Nazirliyindən icazə almalıdırlar.