Bakıda bir nəfər çimərlikdə boğularaq ölüb.

Daxili işlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini Əli Əliyev Bilgəh çimərliyində çimərkən boğulub.

Dalğıclar onun meyidini sudan çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.