Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,59 dollar və ya 1,29% ucuzlaşaraq 45,15 dollar təşkil edib.

Teleqraf.com xəbər verir ki, "Brent" markalı neft 0,80% yaxud 0,40 dollar geriləyərək 49,59 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.