GƏNCƏ, 19 mart. TELEQRAF
Gəncədə kişi kəsici alətdən daxilə keçməyən xəsarət alması ilə bağlı xəstəxanaya müraciət edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.
Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü Ramil Hüseynov şəhərin tibb müəssisələrindən birinə yerləşdirilib. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması öyrənilir.
Polis əməkdaşları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.