BAKI, 19 mart. TELEQRAF
Bakının Xətai rayonunda oğurluq hadisələri qeydə alınıb.
DİN-dən Teleqraf-a verilən məlumata görə, naməlum şəxs əvvəlcədən müşahidə etdiyi iki mənzilə daxil olub və 7500 manat, 500 dollar nağd pul, həmçinin 550 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı B. Məsimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.