BAKI, 30 yanvar. TELEQRAF
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılıb.
Teleqraf xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib.
Mərkəzin rəhbəri Ceyhun Salmanovun barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***
18:42
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.
Teleqraf xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib.
Elşad Məhərrəmovun barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Mərkəzin rəhbəri Ceyhun Salmanovla bağlı bağlı təqdimata yaxın saatlarda baxılacaq.
***
18:15
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.
Teleqraf xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib.
Natiq Əliyev 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ceyhun Salmanov və Elşad Məhərrəmovla bağlı təqdimata baxılır.
***
17:21
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.
Teleqraf xəbər verir ki, Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev barəsində təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılacaq.
***
09:58
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.
Teleqraf xəbər verir ki, mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları - Elşad Məhərrəmov və Natiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.
Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, əlavə məlumat veriləcək.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.